Cəmiyyət
Bərdədə ağır QƏZA: Ölən var
Bərdə rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Mehdixanlı kəndi ərazisində baş verib. Belə ki, Nadir Rəşid oğlu Həsənovun sükanı arxasında olduğu VAZ-2107 markalı minik avtomobili idarəetmədən çıxıb. Nəticədə avtomobil yolun kənarındakı su arxına düşüb. Qəza zamanı sürücü N.Həsənov ağır xəsarət alıb, avtomobildə olan sərnişin - 1996-cı il təvəllüdlü Pəri Mahir qızı Həsənova isə həlak olub. Faktla bağlı araşdırma aparılır.
Mənbə
oxu.az