İdman
"Bavariya" "Ştutqart"ı darmadağın edərək Almaniya Kubokunu qazandı - VİDEO
Almaniya Kubokunun finalında "Bavariya" və "Ştutqart" komandaları qarşılaşıb. Oxu.Az xəbər verir ki, görüşdə Münhen təmsilçisi 3:0 hesabı ilə qələbə qazanıb. Matç Berlindəki "Olimpiya" stadionunda keçirilib. Baş hakim qismində Bremenli Sven Yablonski çıxış edib. 55-ci dəqiqədə Harri Keyn hesabı açaraq Münhen klubunu önə keçirib, 80-ci dəqiqədə isə dubla imza atıb. 90+2-ci dəqiqədə Keyn penaltini dəqiq yerinə yetirərək het-trik edib.
Mənbə
oxu.az