İdman
"Real" La Liqanın 38-ci turunda "Atletik"i inamlı hesabla məğlub etdi
İspaniya La Liqasının 2025/2026 mövsümünün sonuncu - 38-ci turunun "Real" (Madrid) - "Atletik" (Bilbao) oyunu başa çatıb. Qarşılaşma Madriddə yerləşən "Santyaqo Bernabeu" stadionunda keçirilib. Matçın baş hakimi Alikantedən olan Xuan Martines Munuera olub. Görüş meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. "Real" İspaniya çempionatının cari mövsümünü ikinci pillədə başa vurub. "Kral klubu" 38 oyunda 86 xal toplayıb. Bilbao təmsilçisi "Atletik" isə 45 xalla turnir cədvəlinin 12-ci sırasında qərarlaşıb.
Mənbə
oxu.az