İdman
"İnter" - "Bolonya" oyununda qol yağışı
İtaliya A Seriyasının 2025/2026 mövsümünün sonuncu - 38-ci turunda "Bolonya" ilə "İnter" arasında keçirilən oyun başa çatıb. Oxu.Az xəbər verir ki, qarşılaşma "Renato Dall'Ara" stadionunda baş tutub. Oyunun baş hakimi Kevin Bonaçina olub. Matç 3:3 hesablı heç-heçə ilə yekunlaşıb. "Bolonya" 38 oyundan sonra turnir cədvəlində 56 xalla səkkizinci pillədə qərarlaşıb. Çempionluğu öncədən təmin edən "İnter" isə mövsümü 87 xalla birinci sırada başa vurub.
Mənbə
oxu.az