İdman

"Liverpul" "misirli kral"la vidalaşdı - VİDEO

23 May 2026, 21:24 1 baxış
"Liverpul" "misirli kral"la vidalaşdı - VİDEO
Məhəmməd Salah "Liverpul"dan ayrılır. Oxu.Az xəbər verir ki, bununla bağlı klub xüsusi videoçarx paylaşıb. "Həmişə bizim olan "misirli kral". Hər şey üçün çox sağ ol, Mo", - videoçarx bu sözlərlə müşayiət olunub.
Salah 2017-ci ildən "Liverpul"da çıxış edir və bu müddət ərzində klubla bütün əsas titulları qazanıb. Onun nailiyyətləri sırasında UEFA Çempionlar Liqası 2018/19, İngiltərə Premyer Liqası 2019/20, İngiltərə Kuboku, Liqa Kuboku, Klublararası Dünya Çempionatı və digər titullar yer alır. O, "Liverpul"da çıxış etdiyi dövrdə bir neçə dəfə Premyer Liqanın "Qızıl buts" mükafatına da layiq görülüb.
Mənbə oxu.az

Oxşar Xəbərlər