İdman

"Araz-Naxçıvan" və "Neftçi" son oyunda qalib gəldi

23 May 2026, 21:17 1 baxış
"Araz-Naxçıvan" və "Neftçi" son oyunda qalib gəldi

Misli Premyer Liqasında XXXIII turun daha bir qarşılaşması keçirilib.


Axar.az xəbər verir ki, günün ikinci matçında "Araz-Naxçıvan" "Zirə" ilə qarşılaşıb.


Qarşılaşma Naxçıvan klubunun qələbəsi ilə başa çatıb - 3:2.


Xallarının sayını 46-ya çatdıran "Araz-Naxçıvan" mövsümü altıncı pillədə başa vurub. "Zirə" isə 53 xalla beşinci olub.


Günün ilk görüşündə "Neftçi" "Kəpəz"i minimal hesabla üstələyib - 1:0.


Qeyd edək ki, Azərbaycan Premyer Liqasında mövsümə mayın mayın 24-də, "İmişli" - "Karvan-Yevlax" oyunu ilə yekun vurulacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər