İdman

Acun Ilıcalının sahibi olduğu "Hall Siti" İngiltərə Premyer Liqasına yüksəldi - VİDEO

23 May 2026, 21:00 1 baxış
Acun Ilıcalının sahibi olduğu "Hall Siti" İngiltərə Premyer Liqasına yüksəldi - VİDEO
"Hall Siti" İngiltərənin ikinci böyük liqası olan Çempionşipin pley-off finalında "Midlsbro" üzərində 1:0 hesablı qələbə qazanaraq Premyer Liqaya vəsiqə qazanıb. Oxu.Az xəbər verir ki, final qarşılaşması Londondakı "Uembli" Stadionunda keçirilib. Matçın əsas vaxtına əlavə olunmuş 90+5-ci dəqiqədə Oliver Makberninin vurduğu qol "Hall Siti"yə qələbə gətirib.
Yarımfinal mərhələsində "Hall Siti" "Milluoll"u, "Midlsbro" isə "Sauthempton"u mübarizədən kənarlaşdırmışdı. Qeyd edək ki, "Hall Siti" klubu türkiyəli məşhur iş adamı Acun Ilıcalıya məxsusdur.
Mənbə oxu.az

Oxşar Xəbərlər