Cəmiyyət
Samuxda quyuya düşən şəxs xilas edilib - VİDEO
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Samux rayonu, Çobanabadlı kəndində vətəndaşın quyuda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Oxu.Az xəbər verir ki, bu barədə FHN-in mətbuat xidməti məlumat yayıb.
Dərhal FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1988-ci il təvəllüdlü Rauf Ələddin oğlu Fərmanlı 20 metrə yaxın dərinliyi olan quyuya düşüb, xəsarətlər alaraq köməksiz vəziyyətdə qalıb. Xilasedicilər xüsusi vasitələrlə vətəndaşı quyudan çıxararaq xilas ediblər.

Mənbə
oxu.az