Şou biznes
İzmirdə konsertdə QORXULU ANLAR - Türkiyəli müğənni diri-diri yanacaqdı - VİDEO
Türkiyənin pop-müğənnisi Tan Taşçının ötən gün baş tutan konserti az qala faciə ilə nəticələnəcəkdi. Oxu.Az bununla bağlı Türkiyə KİV-ə istinadən xəbər verir. Hadisə İzmirdəki konsert zamanı müğənninin şelfi etmək üçün səhnənin kənarına yaxınlaşaraq tamaşaçının telefonunu götürmək istədiyi vaxt baş verib. Bu zaman səhnənin dekorasiyası üçün quraşdırılmış alov generatorlarından biri işə düşüb. Alov müğənninin üzünü bürüyüb. Hadisə nəticəsində onun saçının bir hissəsi yanıb. Amma müğənni buna baxmayaraq, konserini davam etdirib. Hadisənin görüntülərini təqdim edirik:
Mənbə
oxu.az