İdman

Misli Premyer Liqası: "Kəpəz" "Neftçi"yə, "Araz-Naxçıvan" "Zirə"yə qarşı

23 May 2026, 08:00 13 baxış
Misli Premyer Liqası: "Kəpəz" "Neftçi"yə, "Araz-Naxçıvan" "Zirə"yə qarşı
Bu gün Misli Premyer Liqasında souncu - 33-cü turun növbəti oyunları keçiriləcək. Oxu.Az xəbər verir ki, günün ilk oyunu Sumqayıtda baş tutacaq. "Kəpəz" komandası çempion "Neftçi" ilə üz-üzə gələcək. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşmanın start fiti 15:00-da çalınacaq. 32 turdan sonra "Kəpəz" 27 xalla 10-cu, "Neftçi" klubu isə 56 xalla dördüncü sırada qərarlaşıb. Günün son matçında isə "Araz-Naxçıvan" "Zirə"ni qəbul edəcək. "SOCAR Polymer Arena"da keçiriləcək qarşılaşma saat 19:00-da start götürəcək. Xatırladaq ki, aktivində 43 xalı olan "Araz-Naxçıvan" komandası turnir cədvəlinin altıncı, 53 xalı olan Rəşad Sadıqovun kollektivi isə beşinci pillədə qərarlaşıb. Qeyd edək ki, tura mayın 24-də yekun vurulacaq. Misli Premyer Liqası XXXIII tur 23 may 15:00. "Kəpəz" - "Neftçi" Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Zöhrab Abbasov, Əli Əliyev; VAR: Elçin Məsiyev; AVAR: Kamran Bayramov; Hakim-inspektor: Orxan Məmmədov; Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. 19:00. "Araz-Naxçıvan" - "Zirə" Hakimlər: Əkbər Əhmədov, Akif Əmirəli, Zeynal Zeynalov, İslam Məmmədov; VAR: Kamal Umudlu; AVAR: Asiman Əzizli; Hakim-inspektor: İmanxan Sultani; "SOCAR Polymer Arena".
Mənbə oxu.az

Oxşar Xəbərlər