İdman

"Formula-1" pilotu Kanada Qran-prisində gəmiriciyə görə qəza törətdi - VİDEO

23 May 2026, 01:42 9 baxış
"Formula-1" pilotu Kanada Qran-prisində gəmiriciyə görə qəza törətdi - VİDEO
"Formula-1"in Kanada Qran-prisində qeyri-adi qəza baş verib. "Williams" komandasının pilotu Aleksandr Albon trasda peyda olan dağsiçanına görə qəza keçirib. Oxu.Az "Motorsport"nəşrinə istinadən xəbər verir ki, sərbəst yürüşlər zamanı "Williams" komandasının pilotu Aleksandr Albon trasda peyda olan marmota görə qəza törədib.
Albon sürət yığarkən gəmirici qəfil trasa çıxıb. Pilot heyvanı vurduqdan sonra idarəetməni itirib və baryerə çırpılıb. Qəza nəticəsində bolid ciddi zədələnsə də, Albon xəsarət almayıb. Marmot isə tələf olub. Qəzaya görə yürüş sessiyası təxminən 20 dəqiqəlik dayandırılıb. Sessiyada ən yaxşı nəticəni "Mercedes" pilotu Andrea Kimi Antonelli göstərib. Albon isə 14-cü olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər