İdman

"Fənərbağça"nın masasında 22 milyonluq təklif: Rəhbərliyin qərarı gözlənilir

23 May 2026, 02:00 10 baxış
"Fənərbağça"nın masasında 22 milyonluq təklif: Rəhbərliyin qərarı gözlənilir
"Fənərbağça"nın parlaq çıxışı ilə diqqət çəkən futbolçusu Dorqeles Nene üçün Almaniya Bundesliqasının qapıları açıla bilər. Oxu.Az "Fanatik" nəşrinə istinadən xəbər verir ki, Almaniyanın "Ştutqart" klubu malili vingeri öz heyətinə qatmaqda israrlıdır. Almaniya təmsilçisi istedadlı oyunçu üçün "sarı-lacivərdlilər"ə 22 milyon avroluq rəsmi təklif göndərib, lakin İstanbul nəhəngi bu cəlbedici müraciətə hələlik yekun cavabını verməyib. Xatırladaq ki, Dorqeles Nene arxada qalan mövsümdə "Fənərbağça" forması ilə çıxdığı 47 rəsmi matçda aktivinə 13 qol və 12 məhsuldar ötürmə yazdırıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər