İdman

Qurban Qurbanov Elvindən danışdı: Ona icazə vermişik!

23 May 2026, 00:06 8 baxış
Qurban Qurbanov Elvindən danışdı: Ona icazə vermişik!

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandadan ayrılacaq futbolçularla bağlı danışıb.


Axar.az Teleqraf-a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis yaxın günlərdə bu məsələyə aydınlıq gələcəyini söyləyib.


“Gedəcək oyunçular açıqlanacaq. 1-2 günə daha dolğun məlumat olacaq. Bizdən asılı olmayan məsələlər də var”, - Q.Qurbanov qeyd edib.


Baş məşqçi Elvin Cəfərquliyevin durumu barədə də fikir bildirib:


“Elvinlə bağlı danışıqlara açığıq. Bizimlə müqaviləsi var. Transfer məsələsi alınmazsa, növbəti qərarı sonra verəcəyik. Elvinə icazə vermişik ki, başqa klublarla danışıq aparsın”.


Qeyd edək ki, Elvin Cəfərquliyevin adı son vaxtlar xarici klublarla hallanır.

Mənbə axar.az

Oxşar Xəbərlər