İdman

Güləşçimiz Ülviyyə Musayeva ilkə imza atdı

22 May 2026, 23:36 8 baxış
Güləşçimiz Ülviyyə Musayeva ilkə imza atdı
Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-15 Avropa çempionatı davam edir. Oxu.Az xəbər verir ki, bu haqda Azərbaycan Güləş Federasiyası məlumat yayıb. Məlumata görə, güləşçimiz Ülviyyə Musayeva finalda türkiyəli Yağmur Minaza tam üstünlüklə (11:0) qalib gələrək U15 Avropa çempionu olub. Beləliklə, Ülviyyə U15 yaş qrupunda Avropa çempionu olan ilk qadın güləşçimiz kimi tarixə düşüb.
Mənbə oxu.az

Oxşar Xəbərlər