Cəmiyyət

BMT nümayəndəsi: "WUF13 ölkədə cəmiyyət üçün konkret və hiss olunan nəticələr yaradacaq"

22 May 2026, 21:08 1 baxış
BMT nümayəndəsi: "WUF13 ölkədə cəmiyyət üçün konkret və hiss olunan nəticələr yaradacaq"
Ümumdünya Şəhərsalma Forumu (WUF13) Azərbaycanın dayanıqlı inkişaf məqsədləri və milli inkişaf prioritetləri istiqamətində səylərini beynəlxalq platformada nümayiş etdirmək üçün mühüm imkan yaradır. Oxu.Az xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ofisinin İnsan Resursları və Koordinatorlar bölməsinin rəhbəri Kenako Mabuçi bildirib. "Bu mənim ilk Ümumdünya Şəhərsalma Forumumdur. Lakin 2024-cü ilin noyabrında Bakıda keçirilmiş COP29 tədbirində iştirak etmək imkanım olmuşdu. BMT nümayəndəsi kimi deyə bilərəm ki, bu proseslər Azərbaycanın çoxtərəfli əməkdaşlıq və beynəlxalq tərəfdaşlıq sahəsində artan rolunu göstərir. WUF13 COP29-dan fərqli olaraq çoxtərəfli dialoq platforması xarakteri daşıyır və burada müxtəlif maraqlı tərəflərin iştirakı təmin olunur", - deyə o vurğulayıb. Kenako Mabuçi forumda gənclərin, ailələrin və uşaqların fəal iştirakını xüsusi vurğulayaraq bildirib ki, tədbirin Azərbaycanda həm beynəlxalq, həm də milli səviyyədə uzunmüddətli irs formalaşdıracağı gözlənilir. "WUF yalnız qlobal miqyasda deyil, ölkə daxilində də cəmiyyət üçün konkret və hiss olunan nəticələr yaradacaq", - deyə BMT nümayəndəsi əlavə edib.
BMT nümayəndəsi: "WUF13 ölkədə cəmiyyət üçün konkret və hiss olunan nəticələr yaradacaq"
Mənbə oxu.az

Oxşar Xəbərlər