Cəmiyyət

Həcc ziyarəti bu tarixdə başlayacaq

22 May 2026, 20:28 7 baxış
Həcc ziyarəti bu tarixdə başlayacaq

Mayın 24-dən 25-ə keçən gecə Məkkədə Böyük Həcc ziyarəti dövrü başlanacaq.


Axar.az xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri bildirib.


Onun sözlərinə görə, zəvvarlar o müddətə kimi müstəqil şəkildə Kəbə evinə ibadət üçün gedib gələcəklər.


"Dünən son zəvvar qrupu da Məkkəyə gəldi və beləliklə, hazırda burada 1150 zəvvar var. Ayın 24-dən 25-ə keçən gecə Böyük Həcc dövrü başlayacaq. Zəvvarların bir hissəsi Minaya gedəcək.


Ayın 25-dən 26-na keçən gecə isə bütün zəvvarları Ərafata yola salacağıq. Beləliklə, ayın 26-ı onlar səhərdən axşama kimi Ərafatda olacaqlar".


Qeyd edək ki, Həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiyməti 6100 ABŞ dolları müəyyən edilib.

Mənbə axar.az

Oxşar Xəbərlər