İdman

İngiltərə millisinin DÇ-2026 üçün heyəti bəlli oldu: Hansı ulduzlar kənarda qaldılar? - SİYAHI

22 May 2026, 15:44 8 baxış
İngiltərə millisinin DÇ-2026 üçün heyəti bəlli oldu: Hansı ulduzlar kənarda qaldılar? - SİYAHI
İngiltərə milli komandasının DÇ-2026 üçün yekun heyəti açıqlanıb. Oxu.Az xəbər verir ki, bir neçə aparıcı futbolçu heyətdə yer almayıb. Baş məşqçi Tomas Tuhel Harri Maquayr ("Mançester Yunayted"), Trent Aleksandr-Arnold ("Real", İspaniya), Fil Foden ("Mançester Siti") və Koul Palmer ("Çelsi") kimi məşhur oyunçuları siyahıya daxil etməyib. Qapıçılar: Cordan Pikford ("Everton"), Din Henderson ("Kristal Pelas"), Ceyms Trafford ("Mançester Siti") ​Müdafiəçilər: Ris Ceyms ("Çelsi"), Tino Livramento, Den Bern (hər ikisi - "Nyukasl"), Mark Gehi, Con Stounz, Niko O"Rayli (hamısı - "Mançester Siti"), Ezri Konsa ("Aston Villa"), Carell Kvansa ("Bayer", Almaniya), Ced Spens ("Tottenhem") ​Yarımmüdafiəçilər: Deklan Rays, Bukayo Saka, Noni Madueke, Ebereçi Eze (hamısı - "Arsenal"), Elliot Anderson ("Nottingem Forest"), Cud Bellinqem ("Real Madrid", İspaniya), Cordan Henderson ("Brentford"), Morqan Rocers ("Aston Villa"), Kobbi Meynu ("Mançester Yunayted") ​Hücumçular: Harri Keyn ("Bavariya", Almaniya), Ayvan Touni ("Əl-Əhli", Səudiyyə Ərəbistanı), Olli Votkins ("Aston Villa"), Markus Reşford ("Barselona", İspaniya), Entoni Qordon ("Nyukasl"). Xatırladaq ki, İngiltərə L qrupunda Xorvatiya, Qana və Panama milli komandaları ilə qarılaşacaq. Qeyd edək ki, 11 iyun - 19 iyul tarixlərində baş tutacaq nəhəng futbol bayramına ABŞ, Kanada və Meksika ortaq sahiblik edəcək. Ümumilikdə isə mundiala 48 komanda qatılacaq.
İngiltərə millisinin DÇ-2026 üçün heyəti bəlli oldu: Hansı ulduzlar kənarda qaldılar? - SİYAHI İngiltərə millisinin DÇ-2026 üçün heyəti bəlli oldu: Hansı ulduzlar kənarda qaldılar? - SİYAHI
Mənbə oxu.az

Oxşar Xəbərlər