İdman
İngiltərənin DÇ-2026 üçün heyəti: Məşhurlar yoxdur... - Foto
Futbol üzrə İngiltərə millisinin DÇ-2026 üçün heyəti açıqlanıb.
Axar.az xəbər verir ki, bu barədə İngiltərə Futbol Assosiasiyası məlumat yayıb.
Baş məşqçi Tomas Tuhel Harri Maquayr ("Mançester Yunayted"), Trent Aleksandr-Arnold ("Real", İspaniya), Fil Foden ("Mançester Siti") və Koul Palmer ("Çelsi") kimi məşhur oyunçuları siyahıya daxil etməyib.
Qeyd edək ki, iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatında İngiltərə millisi L qrupunda Xorvatiya, Panama və Qana ilə mübarizə aparacaq.
Mənbə
axar.az