Cəmiyyət

Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin ediləcək

22 May 2026, 12:38 6 baxış
Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin ediləcək
Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin ediləcək. Oxu.Az xəbər verir ki, sözügedən məsələ Milli Məclisin mayın 26 keçiriləcək iclasının gündəliyinə daxil olunub. Layihədə aşağıdakı şəxslərin Apellyasiya Məhkəməsinə hakim təyin olunması təklif olunur: Əliyeva Aytən Heydər qızı - Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Telman Qulaməli oğlu - Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu - Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi İsmayılzadə Fərid Sabir oğlu - Şəki İnzibati Məhkəməsinin hakimi Abdullayev Elşən Uğur oğlu - Şirvan Kommersiya Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlu - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Qafarova Rəna Nazim qızı - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi.
Mənbə oxu.az

Oxşar Xəbərlər