Cəmiyyət
Sumqayıt Apellyasiya Məhkəməsinə yeni hakim təyin ediləcək
Sumqayıt Apellyasiya Məhkəməsinə yeni hakim təyin edilir. Oxu.Az xəbər verir ki, bu məsələ Milli Məclisin mayın 26-da keçiriləcək plenar iclasının gündəliyinə salınıb. Deputatlar Bilal Mahir oğlu Məmmədovun Sumqayıt Apellyasiya Məhkəməsinə hakim təyin olunmasına baxacaqlar. Qeyd edək ki, B.Məmmədov 1999-2003-cü illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində bakalavr təhsili alıb. 2003-2005-ci illərdə isə magistr təhsilinə yiyələnib. O, ilkin olaraq, Şəki Ağır Cinayətlər Məhkəməsində fəaliyyətə başlayıb. 2023-cü dekabrında Bakı Hərbi Məhkəməsinə ezam olunub.
Mənbə
oxu.az