Cəmiyyət
WUF13 iştirakçılarının NƏZƏRİNƏ
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində bağlanış mərasimi keçiriləcək. Oxu.Az xəbər verir ki, mayın 22-də saat 15:00-da keçiriləcək mərasimlə əlaqədar tədbir iştirakçılarının Nəqliyyat Mübadilə Mərkəzlərindən WUF13 tədbir məkanına daşınması saat 13:00-dək təmin ediləcək. Bununla bağlı tədbir məkanını ziyarət edəcək və ya bağlanış mərasimində iştirak edəcək şəxslərdən qeyd olunan vaxt məhdudiyyətini nəzərə almaları xahiş olunub.
Mənbə
oxu.az