Cəmiyyət

Bakıda vəzifəli şəxs idman zalında ÖLDÜ - FOTO

22 May 2026, 10:02 7 baxış
Bakıda vəzifəli şəxs idman zalında ÖLDÜ - FOTO
Azərbaycanda 41 yaşlı vəzifəli şəxs qəfildən vəfat edib. Oxu.Az "Yeni Sabah"a istinadən xəbər verir ki, hadisə paytaxtdakı idman zallarından birində baş verib. Milli Aviasiya Akademiyasının Elmi informasiya və patent şöbəsinin müdiri Fuad Mirzəyev məşq etmək üçün idman zallarından birinə gedib. Fiziki hərəkətlər zamanı onun halı pisləşib. Əraziyə təcili tibbi yardım briqadası çağırılıb. Lakin həkim gələnə qədər, o, ürəktutmasından dünyasını dəyişib. Azərbaycan Milli Aviasiya Akademiyasının Elmi informasiya və patent şöbəsinin müdiri Fuad Mirzəyev vəfat edib. Oxu.Az-ın məlumatına görə, mərhum 41 yaşında dünyasını dəyişib. Qeyd edək ki, F.Mirzəyev iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent olub.
Bakıda vəzifəli şəxs idman zalında ÖLDÜ - FOTO Bakıda vəzifəli şəxs idman zalında ÖLDÜ - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər