İdman
Ronaldunun komandası Səudiyyə Ərəbistanı çempionu oldu
Səudiyyə Ərəbistanı Pro Liqasının sonuncu 34-cü turunun matçında "Ən-Nəsr" öz meydanında "Damak"ı 4:1 hesabı ilə məğlub edib. Oxu.Az xəbər verir ki, qələbə sayəsində "Ən-Nəsr" ölkə çempionu adını qazanıb. Ev sahiblərinə çempionluğu gətirən qolları Sadio Mane, Kinqsli Koman və Kriştianu Ronaldu (dubl) vurublar. Bununla da portuqaliyalı hücumçu peşəkar karyerasında vurduğu qolların sayını 973-ə çatdırıb. Qeyd edək ki, "Ən-Nəsr" çempionatı 86 xalla tamamlayıb. Onun ən yaxın izləyicisi "Əl-Hilal" 84 xalla ikinci olub.
Mənbə
oxu.az