İdman

Xudoyana qalib gələrək Avropa çempionu oldu

21 May 2026, 21:27 1 baxış
Xudoyana qalib gələrək Avropa çempionu oldu

Azərbaycanın sərbəst güləş üzrə U-15 millisinin iki üzvü Bolqarıstanın Samokov şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.


Axar.az xəbər verir ki, Hüseyn Əmrahlı (38 kq) finalda estoniyalı Daniel Samuelə tam üstünlüklə (9:0) qalib gələrək Avropa çempionu olub.


Paşa Aslan (44 kq) isə finalda ermənistanlı Paşa Xudoyanı 4:1 hesabı ilə üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.


Qeyd edək ki, qitə birinciliyinə mayın 24-də yekun vurulacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər