Cəmiyyət

ABŞ və İran razılaşdı - Təcili

21 May 2026, 21:43 1 baxış
ABŞ və İran razılaşdı - Təcili

ABŞ və İran Pakistanın vasitəçiliyə ilə razılaşmanın yekun versiyası üzərində razılığa gəliblər.


Axar.az xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə”nin Teleqram kanalı məlumat paylaşıb.


Sənəddə bütün istiqamətlərdə dərhal və tam atəşkəs, infrastruktura hücumların dayandırılması, Fars körfəzi və Hörmüz boğazında sərbəst naviqasiyanın təmin edilməsi və İranın razılaşmanın şərtlərinə əməl etməsi müqabilində sanksiyaların mərhələli şəkildə ləğvi yer alır.


Razılaşmanın yaxın saatlarda elan ediləcəyi və həll olunmamış məsələlər üzrə danışıqların bir həftədən gec olmayaraq başlayacağı gözlənilir.

Mənbə axar.az

Oxşar Xəbərlər