Cəmiyyət
Azərbaycan Böyük Qayıdış Proqramı çərçivəsində qazandığı təcrübəni Fələstinlə bölüşüb
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) üzrə milli koordinator Anar Quliyev Fələstin Dövlətinin yerli özünüidarəetmə naziri Sami Hicavi ilə görüşüb. Oxu.Az xəbər verir ki, A.Quliyev bu barədə "X" sosial şəbəkə hesabında paylaş edib. "Görüş zamanı şəhərsalma, dayanıqlı mənzil siyasəti və post-münaqişə dövründə bərpa sahəsində əməkdaşlıq imkanlarını müzakirə etdik, həmçinin Azərbaycanın Böyük Qayıdış Proqramı çərçivəsində qazandığı təcrübəni bölüşdük", - paylaşımda qeyd edilib.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az