Cəmiyyət

Kəlbəcərdə enerji təminatı sahəsində artıq 10-dan çox su elektrik stansiyası istifadəyə verilib

21 May 2026, 18:24 1 baxış
Kəlbəcərdə enerji təminatı sahəsində artıq 10-dan çox su elektrik stansiyası istifadəyə verilib
Kəlbəcərdə enerji təminatı sahəsində artıq 10-dan çox su elektrik stansiyası istifadəyə verilib. Oxu.Az xəbər verir ki, bunu Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev WUF13 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Urbisiddən, münaqişədən sonrakı yenidənqurmaya aparan yol" adlı tədbirdə deyib. O bildirib ki, "AzərEnerji" Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən layihələr çərçivəsində istehsal olunan enerji sənaye obyektlərinin, o cümlədən İstisu mineral su zavodunun və digər fəaliyyət sahələrinin enerji ilə təmin edilməsinə imkan yaradır: "Ərazilərin işğaldan azad edilməsindən sonra dövlət başçısının tapşırıqlarına uyğun olaraq Kəlbəcər qazpaylayıcı stansiyası, həmçinin Şərqi Zəngəzur bölgəsində yeni paylayıcı stansiyalar inşa edilib. Bununla yanaşı, Qamışlı kəndində də paylayıcı stansiyanın tikintisi həyata keçirilib. Kəlbəcər şəhərində icra olunan layihələr çərçivəsində kanalizasiya xətləri, tullantı suları sistemi, yağış suları və içməli su drenaj xətləri, eləcə də digər kommunal infrastruktur layihələri həyata keçirilir. Qeyd etmək istərdim ki, İstisu mineral su zavodu ilk dəfə 1976-cı ildə fəaliyyətə başlayıb və Ermənistanın işğalı dövründə bu müəssisə tamamilə dağıdılıb. Kəlbəcər rayonunun azad edilməsindən sonra zavodun təməli 17 iyun 2022-ci ildə qoyulub və müəssisə 2024-cü ildə yenidən istifadəyə verilib. Hazırda zavodun illik istehsal gücü 1 milyard litrdən artıqdır. İstisu mineral suları şəkərli diabet, hipertoniya, ürək-damar və mədə-bağırsaq xəstəliklərinin müalicəsində geniş istifadə olunur".
Mənbə oxu.az

Oxşar Xəbərlər