Cəmiyyət

Kəlbəcər rayonunda biznes hotel və istirahət kompleksinin tikintisi planlaşdırılır

21 May 2026, 18:28 1 baxış
Kəlbəcər rayonunda biznes hotel və istirahət kompleksinin tikintisi planlaşdırılır
"Kəlbəcər rayonunda biznes hotel və istirahət kompleksinin tikintisi planlaşdırılır". Oxu.Az xəbər verir ki, bunu Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev WUF13 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Urbisiddən, münaqişədən sonrakı yenidənqurmaya aparan yol" adlı tədbirdə deyib. O bildirib ki, kompleksin 34 hektar ərazidə inşa olunması nəzərdə tutulur: "Burada hotel, restoran, kafe, anbar və inzibati binalar, çoxfunksiyalı tədbir zalı, əyləncə məkanları, həmçinin açıq və qapalı hovuzlar yerləşəcək. 145 otaqdan ibarət olacaq hotel binası eyni vaxtda yüzlərlə qonağın qəbuluna imkan verəcək. Məlumat üçün bildirirəm ki, qeyri-yaşayış sahələrində əsas fəaliyyət istiqamətlərinin qurulması iqtisadiyyatın canlandırılması, yeni iş yerlərinin yaradılması, əhalinin əsas ehtiyaclarının qarşılanması, eləcə də infrastruktur və sosial xidmətlərin daha da yaxşılaşdırılması məqsədi daşıyır. İlkin mərhələdə özəl investisiyalar hesabına Kəlbəcərdə hotel binasının, eləcə də yaşayış və qeyri-yaşayış çoxmənzilli komplekslərin tikintisi planlaşdırılır. Kəlbəcər şəhərində və digər azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq layihələri regionun infrastrukturunun bərpası ilə yanaşı, əhalinin sosial rifahının və dayanıqlı inkişafının təmin olunması istiqamətində atılan mühüm addımlardır. Həyata keçirilən layihələr, investisiyaların cəlb olunması və turizmin inkişafı Qarabağ regionunda yeni həyatın əsasını qoyacaq".
Mənbə oxu.az

Oxşar Xəbərlər