Cəmiyyət

WUF13-də "Şəhərlər üçün izahlı lüğət"in təqdimatı oldu - FOTO

21 May 2026, 12:44 5 baxış
WUF13-də "Şəhərlər üçün izahlı lüğət"in təqdimatı oldu - FOTO
Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində Azərbaycan pavilyonunda "Şəhərlər üçün izahlı lüğət"in təqdimatı keçirilib. Oxu.Az xəbər verir ki, lüğətin müəllifləri Cəmilə İsmayılzadə, Şücaət Əhmədzadə, Nuriyə Həsənova, Nərmin Tahirli və Murad Cəbrayılovdur. Təqdimatda çıxış edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə rəhbəri Ramil Cahangirov qeyd edib ki, şəhərlər üçün belə izahlı lüğətin yaradılması dəyərli bir təşəbbüsdür: "Təxminən son beş il ərzində, əslində isə daha uzun müddətdir ki, biz beynəlxalq tərəfdaşlarla fəal şəkildə əməkdaşlıq edirik. Həm də təkcə biz deyil, eləcə də memarlar, xüsusilə memarlıq və şəhərsalma sahəsində gənc mütəxəssislər və şirkətlər". Dövlət komitəsinin nümayəndəsinin sözlərinə görə, lüğət marağı olan hər kəs üçün çox faydalı və praktik bir vasitəyə çevriləcək. Bundan əlavə, o, terminologiyanın vahid şəkildə istifadəsinə və əsas, aktual anlayışların daha yaxşı başa düşülməsinə kömək edəcək". O əlavə edib ki, təşəbbüs, həmçinin tələbələr, gənc memarlar və akademik mühit üçün xüsusilə faydalı olacaq.
WUF13-də "Şəhərlər üçün izahlı lüğət"in təqdimatı oldu - FOTO WUF13-də "Şəhərlər üçün izahlı lüğət"in təqdimatı oldu - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər