Dünya
Trampdan İrana TƏHDİD: "Düzgün cavablar almasaq, hadisələr çox sürətlə baş verəcək"
"ABŞ İrana zərbələri bərpa etməzdən qabaq bu ölkə ilə razılaşmanın əldə olunması üçün daha bir neçə gün gözləməyə hazırdır". Oxu.Az TASS agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Vaşinqton yaxınlığındakı Endrüs hərbi bazasında jurnalistlərə açıqlamasında deyib. Ağ Ev rəhbəri Tehranın ABŞ tərəfinin tələblərini yerinə yetirməyəcəyi təqdirdə zərbələrin bərpa olunacağını nəzərdə tutaraq vurğulayıb: "Əgər biz düzgün cavablar almasaq, hadisələr çox sürətlə baş verəcək". "Biz hərəkətə keçməyə tam hazırıq. Biz düzgün cavablar almalıyıq. Bunlar 100 faiz yaxşı cavablar olmalıdır. Əgər belə olarsa, biz xeyli vaxta, enerjiyə və ən əsası isə insan həyatlarına qənaət etmiş olacağıq", - deyə ABŞ lideri qeyd edib. O, ABŞ-nin bu razılaşmaların əldə olunmasını nə qədər gözləməyə hazır olması barədə suala "Bu, bir neçə gün çəkə bilər" deyə cavab verib. Xatırladaq ki, mayın 18-də ABŞ lideri Tehranla razılığa gəlmək imkanı olduğu üçün Qətər, BƏƏ və Səudiyyə Ərəbistanının xahişi ilə İrana qarşı hərbi əməliyyatların bərpasını təxirə salmaq qərarına gəldiyini bəyan etmişdi.
Mənbə
oxu.az