Dünya

KİV: ABŞ İran yaxınlığında lazer silahı ilə təchiz edilmiş gəmilər yerləşdirib

21 May 2026, 02:00 1 baxış
KİV: ABŞ İran yaxınlığında lazer silahı ilə təchiz edilmiş gəmilər yerləşdirib
ABŞ Hərbi Dəniz Qüvvələri İranın cənub-şərqində, Ərəbistan dənizində lazer silahı ilə təchiz edilmiş iki raket esminesini yerləşdirib. Oxu.Az-ın məlumatına görə, bu barədə "The War Zone" nəşri ABŞ donanmasının nümayəndəsinə istinadən xəbər verir. Yaxın Şərqdə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məsuliyyət zonasında olan "USS Spruance" və "USS John Finn" esminesləri hücum PUA-larını kor etmək və istiqamətini itirmək üçün nəzərdə tutulmuş ODIN (Optical Dazzling Interdictor, Navy) lazer qurğusu ilə silahlanıb. Bu qurğu, həmçinin düşmən gəmilərinin, sualtı qayıqlarının və təyyarələrinin kəşfiyyat sistemlərinin və silah nişangah sistemlərinin kameralarını və sensorlarını zərərsizləşdirə bilər.
Mənbə oxu.az

Oxşar Xəbərlər