Digər
Trampdan Kuba açıqlaması: Ölkə dağılır!
Raul Kastroya ittihamlar fonunda ABŞ Prezidenti Donald Tramp ABŞ ilə Kuba arasında gərginliyin olacağını istisna edib.
Axar.az xəbər verir ki, Ağ Ev rəhbəri ABŞ-ın Kubaya diqqət yetirdiyini və Vaşinqtonun kubalılara kömək etməli olduğunu bildirib.
O, həmçinin Kubanın gələcəyini proqnozlaşdıra bilmədiyini söyləyib:
"Xeyr, gərginlik olmayacaq. Buna ehtiyac yoxdur. Baxın, ölkə dağılır. Bu, xaosdur və onlar əslində nəzarəti itiriblər".
Mənbə
axar.az