Digər

ABŞ hərbçiləri İran tankerində axtarış apardılar

20 May 2026, 23:42 7 baxış
ABŞ hərbçiləri İran tankerində axtarış apardılar

ABŞ hərbçiləri İran bayrağı altında üzən "Celestial Sea" neft tankerində axtarış aparıblar.


Axar.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.


"Bu gün səhər saatlarında ABŞ-ın dəniz piyadaları Oman körfəzində İran bayrağı altında üzən "Celestial Sea" ticarət tankerinin göyərtəsinə qalxıblar. Tanker ABŞ blokadasını pozmağa cəhd etməkdə şübhəli bilinir. ABŞ hərbçiləri gəmini yoxladıqdan və heyətə istiqamətini dəyişməyi əmr etdikdən sonra onu sərbəst buraxıblar", - deyə məlumatda qeyd olunub.

Mənbə axar.az

Oxşar Xəbərlər