Netanyahudan fəalların təhqir edilməsinə reaksiya
İsrail Baş naziri Benyamin Netanyahu İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qviri Qəzzaya humanitar yardım apardığı üçün saxlanılan Sumud donanmasının fəallarının təhqir edilməsini əks etdirən görüntülərə görə tənqid edib.
Axar.az xəbər verir ki, Netanyahu İsrailin ərazi sularına daxil olan donanmanın saxlanılmasına haqq qazandırsa da, Ben-Qvirin yardım aparan fəallara münasibətinin İsrailin dəyərlərinə uyğun gəlmədiyini bildirib.
“Mən müvafiq orqanlara təxribatçıları mümkün qədər tez qovmaq tapşırığı vermişəm. Eyni zamanda bununla bağlı Qvirlə danışıqlar aparacağıq. Bu, qəbuledilməz münasibətdir", - Netanyahu deyib.
Qeyd edək ki, görüntülər beynəlxalq miqyasda geniş rezonans doğurub. Fransa Prezidenti Emmanuel Makron bunu qəbuledilməz adlandırıb.
“İsrail hakim koalisiyasının üzvünün bu cür radikal və qeyri-etik münasibəti İsraillə münasibətlərə mütləq şəkildə təsir edəcək. İsrail beynəlxalq hüququn normalarından əlavə getdikcə bütün etik qaydaları da pozur. Bu cür münasibət İsrailə qarşı münasibətlərə mütləq təsir edəcək”, - Makron bildirib.