Digər

Fransa İsrail səfirini XİN-ə çağırır - İzahat tələb ediləcək

20 May 2026, 21:35 8 baxış
Fransa İsrail səfirini XİN-ə çağırır - İzahat tələb ediləcək

İsrailin Fransadakı səfiri Coşua Zarka Sumud donanmasının fəallarının təhqir edilməsi ilə bağlı Xarici İşlər Nazirliyinə çağırılacaq.


Axar.az xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro bildirib.


O, səfirdən izahat tələb ediləcəyini və Fransa vətəndaşlarının dərhal azad edilməsini istəyəcəyini vurğulayıb:


"Onlara hörmətlə yanaşmaq və mümkün qədər tez azad etmək lazımdır".


Qeyd edək ki, İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Qəzzaya humanitar yardım apardığı üçün saxlanılan Sumud donanmasının fəallarının təhqir edilməsini əks etdirən görüntüləri yayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər