Digər

ABŞ Raul Kastroya qarşı ittiham irəli sürdü

20 May 2026, 20:14 6 baxış
ABŞ Raul Kastroya qarşı ittiham irəli sürdü

ABŞ Kubanın keçmiş prezidenti Raul Kastroya qarşı ittiham irəli sürüb.


Axar.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp administrasiyasının yüksəkvəzifəli rəsmisi məlumat verib.


Bildirilir ki, bu, ABŞ-ın Kubanın kommunist hökumətinə təzyiq siyasətinin gücləndirilməsi kimi qiymətləndirilir.


Qeyd edək ki, bundan öncə ABŞ-ın Kubanın 1996-cı ildə iki təyyarəni vurması və dörd nəfərin ölümünə səbəb olması ilə bağlı Raul Kastroya qarşı ittiham irəli sürməyə hazırlaşdığı barədə məlumat yayılmışdı.

Mənbə axar.az

Oxşar Xəbərlər