Dünya

Türkiyə ordusunun arsenalına yeni uzaqmənzilli raket daxil olundu

20 May 2026, 18:12 9 baxış
Türkiyə ordusunun arsenalına yeni uzaqmənzilli raket daxil olundu
Türkiyənin "Roketsan" şirkətinin "Tayfun" uzaqmənzilli raket sisteminin "Block-2" versiyası ordunun arsenalına daxil edilib. Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Məlumata görə, yeni versiya tamamilə yerli mühəndislik və texnologiya imkanları çərçivəsində hazırlanıb. Yeni uzaqmənzilli raket Türkiyə ordusunun güclənməsi istiqamətində mühüm addım hesab olunur. Qeyd olunur ki, "Block-2" ordunun strateji hədəflərə qarşı uzaqmənzilli zərbə qabiliyyətini daha da inkişaf etdirəcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər