Dünya
Türkiyədə güclü zəlzələ oldu - FOTO
Türkiyənin Malatya bölgəsinin Battalqazi rayonunda 5.6 bal gücündə zəlzələ baş verib. Oxu.Az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat verib. Seysmik hadisənin episentri 7 kilometr dərinlikdə olub. Məlumata görə, yeraltı təkanlar ətraf bölgələrdə də hiss olunub. Dağıntı və itki barədə məlumat verilməyib.
Mənbə
oxu.az