İdman

"Kəpəz" klubunda maliyyə böhranı yaşanır?

19 May 2026, 13:00 4 baxış
"Kəpəz" klubunda maliyyə böhranı yaşanır?
"Kəpəz" futbol klubunda maliyyə çətinlikləri yaşanması məsələsinə aydınlıq gətirilib. Məsələ ilə bağlı Gəncə təmsilçisinin mətbuat xidməti Oxu.Az-ın sorğusuna cavab verib. Klubdan bildirilib ki, komandada ödənişlərlə bağlı hər hansı problem yoxdur: "‘Kəpəz" klubunda əməkhaqları həmişə vaxtı-vaxtında ödənilir". "Kəpəz" futbol klubunda maliyyə çətinlikləri yaşanır. Oxu.Az Sport24.az-a istinadən xəbər verir ki, futbolçular maaş ödənişləri ilə bağlı problemlə üz-üzə qalıblar. Hətta məvaciblərin gecikməsi səbəbindən narazılığını klub rəhbərliyinə bildirən oyunçuların olduğu da deyilir. Bununla yanaşı, Gəncə təmsilçisində vəd olunan mükafat da hələlik verilməyib. Qeyd edək ki, komanda 31-ci turda səfərdə "Sabah" üzərində 1:0 hesablı qələbə qazanaraq elitada qalmağı rəsmiləşdirmişdi. Həmin görüşdən sonra rəhbərlik tərəfindən futbolçulara mükafat veriləcəyi bildirilmişdi.
Mənbə oxu.az

Oxşar Xəbərlər