İdman
İngiltərə Premyer Liqası: "Arsenal" çətin qələbə qazandı
İngiltərə Premyer Liqasının 37-ci turunda "Arsenal" evdə "Börnli"ni qəbul edib. Oxu.Az xəbər verir ki, "Emireyts" stadionunda keçirilən görüş "topçular"ın qələbəsi ilə yekunlaşıb - 1:0. Matçın 37-ci dəqiqəsində alman hücumçu Kay Havertsin vurduğu qol "Arsenal"ın rəqibini məğlub etməsi üçün kifayət edib. Bu nəticə sayəsində London təmsilçisi xal ehtiyatını 82-yə yüksəldərək turnir cədvəlinin zirvəsində qərarlaşıb. Bir oyun az keçirmiş "Mançester Siti" isə 77 xalla ikinci yerdədir.
Mənbə
oxu.az