İdman

Serbiyalı futbolçu bir mövsümdə iki ölkənin çempionu oldu

18 May 2026, 23:12 6 baxış
Serbiyalı futbolçu bir mövsümdə iki ölkənin çempionu oldu
Rusiyanın "Zenit" futbol klubunun müdafiəçisi Strahinya Erakoviç 2025/26 mövsümündə iki ölkənin çempionu olub. Oxu.Az Sport24.ru-ya istinadən xəbər verir ki, futbolçu həm Rusiya, həm də Serbiya çempionatlarında qalib gəlib. 25 yaşlı serbiyalı müdafiəçi mövsümün ilk hissəsini "Zenit"də keçirib. Oyunçu Sankt-Peterburq təmsilçisinin heyətində Rusiya Premyer Liqasında 12 matçda meydana çıxıb. Mayın 17-də "Zenit" 68 xalla çempionatı birinci sırada başa vurub. Fevral ayında Erakoviç "Srvena Zvezda"ya icarəyə verilib və milli çempionatda 13 oyunda iştirak edib. Aprelin 26-da komanda Serbiya çempionu olub. Qeyd edək ki, Erakoviçin "Srvena Zvezda" ilə icarə müqaviləsi avqustun 31-nə qədər nəzərdə tutulub.
Mənbə oxu.az

Oxşar Xəbərlər