Cəmiyyət

SOCAR prezidentinin gürcü müşavirinə yüksək vəzifə verildi

18 May 2026, 22:01 3 baxış
SOCAR prezidentinin gürcü müşavirinə yüksək vəzifə verildi

Gürcüstan baş nazirinin sabiq müavini və sabiq iqtisadiyyat naziri Levan Davitaşvili SOCAR-ın İtaliyada əldə etdiyi “İtaliana Petroli” şirkətinə rəhbər təyin olunub.


Axar.az xəbər verir ki, bu barədə məlumatı iqtisadçı Əkrəm Həsənov qeyd edib.


O bildirib ki, Davitaşvili bu təyinatadək SOCAR prezidentinin müşaviri işləyib.


Xatırladaq ki, Levan Davitaşvili 10 dekabr 1978-ci il təvəllüdlü Levan Davitaşvili ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri (2016-2022-ci illər), Gürcüstan Baş nazirinin birinci müavini (2021-2025-ci illər) və iqtisadiyyat naziri (2022-2025-ci illər) vəzifələrində çalışıb.


Ə.Həsənov SOCAR-ı yerli kadrlara önəm verməyə çağırıb.

Mənbə axar.az

Oxşar Xəbərlər