Cəmiyyət

Naxçıvana uçuşlar yenə ləğv olundu

18 May 2026, 21:21 4 baxış
Naxçıvana uçuşlar yenə ləğv olundu

Naxçıvan Beynəlxalq Aeroportunun ətrafında müşahidə olunan əlverişsiz hava şəraiti səbəbindən "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) sözügedən istiqamət üzrə reysləri ləğv olunub.


Bu barədə Axar.az-a səhmdar cəmiyyətdən bildirilib.


Qeyd olunub ki, hava şəraiti sabitləşdikdən sonra uçuşların cədvələ uyğun şəkildə bərpası təmin ediləcək:


"Sərnişinlərin təhlükəsizliyi aviaşirkət üçün əsas prioritet olaraq qalır və vəziyyət nəzarətdə saxlanılır".

Mənbə axar.az

Oxşar Xəbərlər