İdman

"Qarabağ" və "Sabah"ın son oyunlarının vaxtı açıqlandı

18 May 2026, 21:53 6 baxış
"Qarabağ" və "Sabah"ın son oyunlarının vaxtı açıqlandı

Misli Premyer Liqasında sonuncu - XXXIII turun oyun cədvəli müəyyənləşib.


Peşəkar Futbol Liqasından Axar.az-a verilən məlumata görə, klubların müraciəti, müvafiq stadionların razılığı, son tur öncəsi oyunların turnir cədvəlinə idman prinsipləri baxımından təsir etməməsi, klubların avrokuboklara idman və texniki baxımdan daha yaxşı hazırlaşması məqsədilə bəzi oyunların yeri dəyişdirilib.


Belə ki, "Kəpəz" "Neftçi"ni Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, "Turan Tovuz" isə "Sabah"ı "Bank Respublika Arena"da qəbul edəcək.


Daha əvvəl Gəncə kollektivi rəqiblərini Yevlax şəhər stadionunda, tovuzlular isə Tovuz şəhər stadionunda qəbul edib.


Misli Premyer Liqası


III dövrə, XXXIII tur


21 may


18:30. "Qəbələ" – "Şamaxı"


Qəbələ şəhər stadionu


22 may


17:00. "Turan Tovuz" – "Sabah"


"Bank Respublika Arena"


19:30. "Sumqayıt" – "Qarabağ"


Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu


23 may


15:00. "Kəpəz" – "Neftçi"


Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu


19:00. "Araz-Naxçıvan" – "Zirə"


"SOCAR Polymer Arena"


24 may


16:00. "İmişli" – "Karvan Yevlax"


Quba Olimpiya İdman Kompleksinin stadionu

Mənbə axar.az

Oxşar Xəbərlər