Cəmiyyət

Paytaxtın bəzi ərazilərində qaz kəsiləcək

18 May 2026, 19:24 5 baxış
Paytaxtın bəzi ərazilərində qaz kəsiləcək
Sabah saat 09:00-dan Nəsimi, Səbail, Yasamal və Nizami rayonlarının Rəsul Rza, Tolstoy, Mərdanov qardaşları, Bəşir Səfəroğlu, Dilarə Əliyeva, İslam Səfərli, Topçubaşov, 8-ci Köndələn və Pəhlivan Fərzəliyev küçələrində, Bülbül prospektinin bir hissəsində qaz təchizatında fasilə yaranacaq. Oxu.Az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, qaz təchizatının dayandırılması təmir-bərpa və yenidənqurma işləri ilə əlaqədardır.
Mənbə oxu.az

Oxşar Xəbərlər