İdman

"Qarabağ" yeni transferini rəsmən elan etdi

18 May 2026, 19:11 7 baxış
"Qarabağ" yeni transferini rəsmən elan etdi

"Qarabağ" fransalı vinger Jali Muaddibi transfer etdiyini açıqlayıb.


Ağdam təmsilçisindən Axar.az-a verilən məlumata görə, "köhlən atlar" 25 yaşlı futbolçu ilə 2029-cu ilin yayına qədər müqavilə imzalayıb.


Bu gün tibbi müayinədən keçən oyunçu "Qarabağ"da 7 nömrəli formanı geyinəcək.


Jalinin son klubu Kipr təmsilçisi "Omoniya" (Aradippou) olub. O, karyerası ərzində Fransada "Lill" və "Anje"nin B komandalarında, həmçinin "Avranş"da, Rumıniyada "Botoşani"də çıxış edib.


Qeyd edək ki, Muaddib Fransanın U-19 milli komandasının formasını geyinib.

Mənbə axar.az

Oxşar Xəbərlər