Cəmiyyət

Bu gün daha iki zəvvar təyyarəsi yola düşdü

18 May 2026, 19:39 4 baxış
Bu gün daha iki zəvvar təyyarəsi yola düşdü

Bu gün zəvvarları daşıyan növbəti iki təyyarə Azərbaycandan Həcc ziyarətinə yola düşüb.


Axar.az xəbər verir ki, bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.


“Bu gün üçüncü və dördüncü zəvvar təyyarələri Həcc ziyarətinə yola düşüb”, - o bildirib.


Qeyd edək ki, 2026-cı ildə bir nəfər üçün Həcc ziyarət paketinin qiyməti 6100 ABŞ dolları müəyyən edilib.


Ötən gün də iki zəvvar təyyarəsi Həcc ziyarətinə yola düşüb.

Mənbə axar.az

Oxşar Xəbərlər