Cəmiyyət

Bu gün Ukrayna üçün tarixi gündür - Kuleba

18 May 2026, 19:49 5 baxış
Bu gün Ukrayna üçün tarixi gündür - Kuleba

Azərbaycanla çox məhsuldar əməkdaşlığımız var. Burada olmaq və hökumətlərlə müzakirələr aparmaq bizim üçün simvolikdir.


Axar.az xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Ukraynanın Baş nazirinin müavini Aleksey Kuleba jurnalistlərə açıqlamasında deyib.


“Bu gün Ukrayna üçün tarixi gündür. Ölkəmiz ilk dəfə Ümumdünya Şəhərsalma Forumunda milli pavilyonla təmsil olunur”, - deyə baş nazirin müavini vurğulayıb.


O, həmçinin qeyd edib ki, Azərbaycan İrpendə bəzi obyektlərin bərpasına dəstək göstərir. O, bu dəstəyə görə təşəkkürünü bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər