İdman

"Qarabağ" ilk transferini etdi - FOTO

18 May 2026, 19:02 8 baxış
"Qarabağ" ilk transferini etdi - FOTO
"Qarabağ" heyətini yeni futbolçu ilə gücləndirib. Oxu.Az xəbər verir ki, Ağdam təmsilçisi 2026/27 mövsümü üçün ilk transferini reallaşdırıb. Bu gün tibbi müayinədən keçən 25 yaşlı futbolçu 2029-cu ilin yayına qədər "Qarabağ"da çıxış edəcək. O, yeni komandasında 7 nömrəli formanı geyinəcək. Xatırladaq ki, Jali Muaddibin son klubu Kipr təmsilçisi "Omoniya Aradippu" olub. Fransalı futbolçu karyerası ərzində vətənində "Lill" və "Anje"nin B komandalarında, həmçinin "Avranş"da çıxış edib. O, Rumıniyada isə "Botoşani"nin formasını geyinib. Qeyd edək ki, Muaddib Fransanın U-19 millisində də çıxış edib.
{{gallery}}
"Qarabağ" ilk transferini etdi - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər