Cəmiyyət

Bakı-Tiflis dəmir yolu ilə sərnişindaşıma bərpa olunur - Tarix

18 May 2026, 17:27 8 baxış
Bakı-Tiflis dəmir yolu ilə sərnişindaşıma bərpa olunur - Tarix

Bakı ilə Tiflis arasında gündəlik sərnişin dəmiryol nəqliyyatı 6 illik fasilədən sonra mayın 26-da bərpa olunacaq.


Axar.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə Gürcüstan Hökumət Administrasiyasından məlumat verilib.


Məlumata görə, qərar Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Bakıda keçirdiyi yüksəksəviyyəli görüşdən sonra elan edilib.


Danışıqlardan sonra İkitərəfli Koordinasiya Şurasının protokolu imzalanıb. Sənəddə, xüsusən Bakı-Tiflis-Qars dəmiryolunun yeni hissəsinin tam şəkildə istifadəyə verilməsi nəzərdə tutulub, lakin istifadəyə verilmə tarixi ayrıca göstərilməyib.


Protokolu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvirişvili və Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev imzalayıblar.


Bildirildiyi kimi, Tiflis ilə Bakı arasında gündəlik sərnişin dəmiryolu daşımaları 6 illik fasilədən sonra 26 mayda bərpa olunacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər